"İSFA" MMC-nin direktoru Samir Xeyirbəyov Rusiyanın "Şolkovo Aqroxim" şirkətindən aldığı dəvət ilə Moskva şəhərində yerləşən fabrikdə olub. Tanışlıq və gəzintidən sonra müzakirələr aparılıb və İSFA MMC ilə birlikdə əməkdaşlıq üçün müqavilə imzalanıb.
"İSFA" MMC-nin yeni filialı Dərbənd şəhərində açıldı. Açılışda Dərbənd şəhər meri, Dağıstan Respublikasının Baş Naziri və Kənd Təsərrüfat işçiləri iştirak edib. Açılışdan dərhal sonra, Dağıstanda 55 ha bağın qurulması üçün ilk müqavilə imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yevlax Pilot Aqroparkda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub. İlkin olaraq "İSFA" MMC- ə verilmiş 24-cü parsel ziyarət edilib. Aqroparkın ilk rezidenti "ISFA" MMC tərəfindən 20 ha ərazidə meyvə bağının qurulması ilə bağlı görülən işlər barəsində məlumat verilib. Layihəyə 310 min manat investisiya qoyulub, 480 ton məhsul istehsalı gözlənilir. Bundan əlavə rezidentə məxsus 6 ha sahədə tingçilik təsərrüfatı yaradılıb. Layihə çərçivəsində 1.1 mln. manat investisiya qoyulub, ilin sonunda ixrac üçün 800 min ədəd tingin əldə olunması gözlənilir. Tingçilikdə Azərbaycanda ilk dəfə "UCB - 1" calaqaltısı üzərinə calaq olunacaq Amerikanın "Kerman" və Türkiyənin "Siirt" və "Antep Tekin" püstə tingləri, gələcəkdə 50 ha püstə bağının salınmasına şərait yaradacaq. Qurulmuş intensiv bağları gəzən Mikayıl Cabbarov, "İSFA" MMC - nin direktoru Samir Xeyirbəyov və nazirlik heyəti arasında gələcəkdə görüləcək işlər və yeni ideyalar ilə bağlı müzakirələr aparılıb.
Artıq 2 ildən çoxdur ki, Yevlax Pilot Aqropark layihəsinin ilk rezidenti kimi orada bağçılıq və tingçiliklə məşğul olan "İSFA" MMC, "CBC TV" və "Real TV" televiziya kanallarını qonaq etdi. Direktor Samir Xeyirbəyov, hazırki vəziyyət və gələcək planlar haqda ətraflı məlumat verdi.
Azərbaycanın hər bölgəsində xidmət göstərən və tanınan "İSFA" MMC Goranboy rayonunda yeni filialını açdı! Fermerlərə Xidmət Mərkəzindən gözlədiyiniz hər şey burada!
"İSFA" MMC il ərzində qazandığı uğur və nailiyyətlərini nəzərə alaraq "Golden Hands National Awards" ilə təltif olundu.
Bu gün Qusar rayonunda keçirilən "Aqrar İnnovasiya Festivalı"-da Azərbaycanın bir çox kənd təsərrüfatı şirkətləri kimi "İSFA" MMC də öz yerini tutmuşdu. Festivalda iştirak edən İSFA özünün bir çox kənd təsərrüfatı texnikalarını sərgiləməklə yanaşı gələn əhali və fermerləri də qarşılayaraq onlara ətraflı məlumat verdi.
"İSFA" MMC-nin direktoru Samir Xeyirbəyovdan müasir bağçılıq mövzusundakı söhbətləri:
2022-ci ildə qurulan Yevlax Pilot Aqroparkda ilk rezident "İSFA" MMC tərəfindən ilk məhsul yığıldı. Düzgün qulluq, yaradılmış keyfiyyətli şərait əsasında artıq 18 ay sonra "İSFA" MMC ilk məhsulunu əldə etdi.
"İSFA" MMC uğurlarına birini daha əlavə etdi və "ALTIN" PALMİYE" mükafatına layiq görüldü.
Hər zaman xidmətlərində keyfiyyətə üstünlük verən "İSFA" MMC bunu sadəcə sözdə yox əməldə də göstərərək əvəzində keyfiyyətini simvollaşdıran "İSO 9001" sertifikatı qazandı.
Daha yeni bir mükafata layiq görülən "İSFA" MMC, "Gold Star Azerbaijan" mükafatı ilə təltif edildi.
Öz xidmətləri və yüksək keyfiyyəti ilə daima fərqlənən "İSFA" MMC yenə öz nailiyyətlərinə birini daha əlavə etdi. Öz sənətinin peşəkarı olduğu üçün və xidmətlərinə əsasən "Number One Production" təşkilatı "İSFA" MMC-i "Number One Awards" mükafatına layiq gördü.
Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan müqavilələrinin imzalanması mərasimi olub.Bu müqavilələrdən ixraca dair imzalanan müqaviləyə əsasən, Yevlax Pilot Aqropark layihəsinin ilk rezidenti “İSFA” MMC tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır. Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.
Yevlax Pilot Aqropark layihəsinin ilk rezidenti olan “İSFA” MMC artıq sahədəki fəaliyyətlərinə başlamışdır. Dövlət tərəfindən şirkətə verilmiş əkin sahəsinin 40 hektarını meyvə bağları, 10 hektarını isə tingçilik təşkil edir. Meyvə bağlarında “Ağıllı bağ” layihəsi və yüksək keyfiyyətdə quraşdırılmış damlama-suvarma sistemləri ilə burada gilas, nektarin, şaftalı,alça, badam və s. kimi erkən yetişən çeşidlərin yetişdirilməsinə başlanmışdır. Tingçilik üçün ayrılmış 10 hektar ərazidə isə 18 növ meyvənin 100-dən çox çeşidinin laboratoriyadan alınmış calaqaltılara calaq edilərək yetişdirilməsi və satışı nəzərdə tutulmuşdur. İlkin mərhələdə bu il üçün 500 000 tingin yetişdirilməsi və bazara çıxarılması nəzərdə tutulmuşdur. Yevlax Pilot Aqropark layihəsində “İSFA” MMC nəzdində daimi olaraq 11 bir işçi xidmət göstərərkən mövsümi olaraq 2500-3000 arası muzdlu işçinin fəaliyyəti nəzərdə tutulmuşdur.
Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin iştirakı ilə "Yevlax Pilot Aqropark"-ın rəmzi açılışı keçirilib. Ümumi dəyəri 103 milyon manat olan və ümumilikdə 1147 hektar torpaq sahəsini təşkil edən layihədə əkin sahəsi sahibkarlar üçün 20 hektarlıq parsellərə bölünmüşdür. Bu layihənin ilk rezidenti olan “İSFA” MMC şirkəti iqtisadiyyat naziri Mikayıl Cabbarovu, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevi və digər rezidentləri qarşılayaraq açılış mərasimində iştirak etmiş və ilk meyvə tinginin Mikayıl Cabbarov tərəfindən əkilməsi ilə artıq fəaliyyətə başlamışdır. Aqroparkda “Ağıllı bağ” və damlama-suvarma sisteminin təşkili ilə fəaliyyət göstərən “İSFA” MMC 30-a yaxın daimi, 1000-ə yaxın mövsümi işçinin əməyindən istifadəni nəzərdə tutur. Bölgədə gilas, nektarin, şaftalı, alça, badam və s. kimi erkən yetişən çeşidlərin əkilməsi planlaşdırılmışdır.